Beşiktaş klubunu Hataysporla görüşdə meydana çıxaracaq məşqçi bəlli olub

02.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyə Superliqasının XIV həftəsində "Beşiktaş" səfərdə "Hatayspor"un qonağı olacaq.

Oxu.Az xəbər verir ki, Mersin Stadionunda keçiriləcək kritik matçı Kadir Sağlam idarə edəcək.

"Qartallar" səfər matçına Serdar Topraktepenin rəhbərliyi altında çıxacaqlar.

Qeyd edək ki, liqada son 4 matçda 3 məğlubiyyətdən sonra Avropa Liqasında həftəni xalsız başa vuran "qara-ağlar" Covanni van Bronxorstla yollarını ayırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью