Beşiktaş Latsio nun ulduz futbolçusuna elçi düşüb

07.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubu "Latsio"nun ulduz futbolçusu Luka Pelleqrini üçün təklif göndərib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunsa da keçid mövsümün sonunda baş tutacaq.

Belə ki, "qara qartallar" mövsüm sonunda Luka Pelleqrini üçün "Latsio"ya 20 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, hazırda "Yuventus"da icarə əsasında çıxış edən futbolçu bu mövsüm çıxdığı 21 matçda cəmi üç məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью