Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Mövsümün əvvəlində icarə əsasında ''Beşiktaş''dan ''Hall Siti''yə keçən Əmir Haciahmetoviç diqqətçəkən acıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, bosniyalı yarımmüdafiəçi çempionşipə uyğunlaşmaqda çətinlik çəkdiyini, amma bu macəradan zövq aldığını etiraf edib. Kifayət qədər uğurlu mövsüm keçirən, turnir cədvəlində 4-cü pillədə qərarlaşan ''Hall Siti''nin son olaraq evdə ''Suonsi''ni 2:1 yendiyi qarşılaşmada Haciahmetoviç aktivinə mövsümdəki ikinci məhsuldar ötürməni yazdı.
Türkiyədə ''Beşiktaş''dan başqa ''Konyaspor'' və ''Çaykur Rizəspor''da da oynamış 28 yaşlı futbolçu bunları deyib:
''Məncə, adaptasiyam yaxşı keçir. Təbii ki, hər kəs kimi mənim də enişlərim və yüksəlişlərim olur. Amma hər oyunda əlimdən gələni edirəm. Çempionşip fiziki güc tələb edən turnirdi. Uzun ötürmələrin sayı hədsiz dərəcədə çoxdu. İlk vaxtlar bəzi matçlarda çətinlik çəkdim. Çünki burda son 10 ildə oynadığım çempionatlardan tamamilə fərqli futbol oynanılır. Amma bu şərtlərə hazır olmalı və uyğunlaşmalıyam. Hər nə qədər burdakı futbol mənə uyğun olmasa da, burda oynayıramsa, deməli uyğunlaşmaq məcburiyyətindəyəm. Artıq həm buranın futbolundan, həm də şəhərin ab-havasından zövq alıram. Komandaya güvənirəm. Bu mövsümkü nəticələrimizlə artıq hər kəsə qarşı oynaya biləcəyimizi göstərmişik. Xüsusilə üst pillələrdəki rəqiblərə qarşı çox yaxşı nəticələr əldə etmişik. Ona görə də ikinci dövrənin də bizim üçün uğurlu keçəcəyinə inanıram''.