Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Beşiktaş" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Makkabi" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçın baş tutacağı şəhər hələ də qeyri-müəyyən olaraq qalır.
Lakin oyunun Bakıda keçirilib-keçirilməyəcəyi ilə bağlı sual öz cavabını tapıb. Görüş Azərbaycan paytaxtında təşkil olunmayacaq.
Bu barədə klubun vitse-prezidenti Mete Vardar açıqlama verib.
O, bildirib ki, qarşılaşmanın keçiriləcəyi stadion sabah bəlli olacaq: "Matçın keçiriləcəyi yer sabaha qədər dəqiqləşəcək.
Oyun Macarıstanda və ya Almaniyada baş tutacaq. Azarkeş məsələsinə gəlincə, bununla bağlı da rəsmi qurumlara müraciət etmişik".
Qeyd edək ki, qarşılaşma noyabrın 28-də baş tutacaq. Millimizin rəqibləri bəlli olub Aslan Kərimov: "Norveçdən 3 xalla qayıdacağımıza inanır