“Beşiktaş” “Makkabi” oyunu Bakıda keçiriləcək? Rəsmi Yeni Çağ Media

06.11.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

AFFA UEFA Avropa Liqasında Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında matçın Bakıda təşkil olunma ehtimalına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu barədə Report-a qısa açıqlama verib.

O, AFFA-ya bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun “Beşiktaş” – “Makkabi” görüşü noyabrın 28-nə planlaşdırılıb. Türkiyə tərəfi təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməyəcəyini açıqlamışdı.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью