“Beşiktaş” “Makkabi” oyunu İstanbulda keçirilməyəcək

04.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyədə “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirilməli olan V tur oyununun yeri dəyişdirilib.
Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İstanbulda təşkil edilməyəcək.
Avropa futbol qurumu görüşün başqa ölkədə keçirilməsinə qərar verib. Hələlik matçın harada oynanılacağı bəlli deyil. UEFA oyunun keçiriləcəyi ölkənin adını bu həftənin sonuna kimi açıqlayacaq.
Qeyd edək ki, noyabrın 28-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью