“Beşiktaş” “Makkabi” oyununun yeri dəyişdirildi

04.11.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyədə “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirilməli olan V tur oyununun yeri dəyişdirilib.

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İstanbulda təşkil edilməyəcək.

Avropa futbol qurumu görüşün başqa ölkədə keçirilməsinə qərar verib. Hələlik matçın harada oynanılacağı bəlli deyil. UEFA oyunun keçiriləcəyi ölkənin adını bu həftənin sonuna kimi açıqlayacaq.

Qeyd edək ki, noyabrın 28-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью