“Beşiktaş” “Makkabi” oyununun yeri məlum oldu

11.11.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V tur oyununun yeri açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.

Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью