“Beşiktaş” Mançini ilə danışıqlar aparır

16.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi axtarışlarını davam etdirir.

“Cebheinfo.az” xəbər verir ki, klubun yeni prezidenti Sərdar Adalı xarici mütəxəssislə çalışmaq istəyir.

Son olaraq bir dönəmlər “Qalatasaray”ı da çalışdırmış Robert Mançini adı gündəmə gəlib. 

Artıq 60 yaşlı baş məşqçi ilə ilkin danışıqların başladığı və müsbət məcrada davam etdiyi bildirilir. 

Qeyd edək ki, Mançini “Qalatasaray”la yanaşı “İnter”, “Zenit” klubları, habelə İtaliya və Səudiyyə Ərəbistanı milli komandalarının baş məşqçisi olub.

Elmir
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью