Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Borussiya”dan (Dortmund) ayrılan Salih Özcanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra klubla müqavilə imzalayacaq.
Salih 2022-ci ildən “Borussiya”da forma geyinirdi. Yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 11 oyuna çıxıb.
Özcan Türkiyə millisinin də üzvüdür.