Beşiktaş müdafiə xəttini gücləndirir

20.06.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm öncəsi heyətini təcrübəli oyunçularla gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Fanat.Az "A Spor" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın hədəfində "Roma"nın futbolçusu Mario Hermoso yer alır. Təcrübəli müdafiəçi İstanbul təmsilçisinin transfer siyahısına daxil edilib.

Məlumata görə, Hermosonun transferinə komandanın baş məşqçisi Vinçenso İtaliano da müsbət rəy verib və onun adını rəhbərliyə təqdim olunan siyahıda təsdiqləyib.

Yaxın günlərdə futbolçunun meneceri ilə rəsmi danışıqların başlaması gözlənilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью