Beşiktaş müdafiəçi transfer etdi RƏSMİ

10.09.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Kayserispor"dan Gökhan Sazdağını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağı 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində Super Liqada 3 matçın hər birində 90 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью