Beşiktaş önəmli 3 xalı qazana bildi

11.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Türkiyə Superliqasında 18-ci turun matçları oynanılır.

"Unikal" xəbər verir ki, İstanbulda yerli "Beşiktaş" "Bodrumspor"u qəbul edib.

"Qartallar" rəqibə minimal fərqlə qalib gəliblər. Ndur və İmmobilenin qolları meydan sahiblərinə vacib 3 xalı qazandırıb - 2:1.

Hazırda "Beşiktaş" xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində ilk beşliyi qapayır. Bodrum klubu isə autsayderlər sırasında yer alır. Komanda aktivindəki 15 xalla 17-cı sırada qərarlaşıb. Çempionatın şəriksiz lideri 47 xala malik "Qalatasaray"dır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью