Beşiktaş portuqaliyalı hücumçu transfer etmək istəyir

08.03.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Volfsburq"da çıxış edən Tiaqo Tomasdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" portuqaliyalı forvard üçün Almaniya klubu ilə danışıqlara başlayacaq. 22 yaşlı futbolçu özü Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, "Volfsburq" Tiaqo Toması 2023-cü ilin yayında "Sportinq"dən transfer edib. Portuqaliya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью