Beşiktaş Real ın hücumçusu üçün rəsmi təklif göndərdi

09.02.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Türkiyənin "Beşiktaş" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Qonsalo Qarsiya üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı mərkəz hücumçusu üçün 25 milyon avro ödəməyə hazırdır.

"Kral klubu" ispaniyalı forvardla bağlı hələlik yekun qərar verməyib.

Xatırladaq ki, Qonsalo Qarsiya cari mövsüm meydanda olduğu 860 dəqiqə ərzində 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью