Beşiktaş rus futbolçu transfer edə bilər

03.08.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Rusiya millisinin və "Zenit"in futbolçusu Andrey Mostovoy karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" rus futbolçunun xidmətində maraqlıdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. "Qara qartallar" ən pis halda 27 yaşlı yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək istəyəcək.

Mostovoyun "Zenit"lə müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Dolqoprudnıy", "Ximki", "Soçi" klublarının formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью