Beşiktaş Salah üçün hərəkətə keçdi

17.07.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Beşiktaş" "Liverpul"dan ayrılan Məhəmməd Salah üçün addım atıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirlini heyətinə qatmaqdan ötrü lazım olan bütün təklifləri edib.

Salah illik 15 milyon avro maaş istəyib. "Beşiktaş" onu həmin məbləği ödəyə bilsə, tərəflər arasında müqavilə imzalanacaq.

34 yaşlı futbolçu ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью