Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misirli futbolçu Məhəmməd Salahın “Beşiktaş”a keçidi baş tutmayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisi oyunçu və menecerinin yüksək məbləğ tələbindən sonra transferdən imtina edib.
Salahın agenti “Beşiktaş”dan ümumilikdə 40 milyon avroluq paket istəyib. “Qara qartallar” bu məbləği qarşılaya bilməyəcəyini bildirib.
Salahın son klubu “Liverpul” olub. Misirli futbolçu hazırda azad agentdir.