Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Beşiktaş” heyətini Almaniya Bundesliqasından futbolçu ilə gücləndirməyə çalışır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Salih Özcanla maraqlanır.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 27 yaşlı dayaq yarımmüdafiəçisi “Beşiktaş”dan mövsümə təxminən 3,5 milyon avro maaş tələb edir.
Qeyd edək ki, Salih Özcan 2022-ci ildən Dortmund “Borussiya”sının formasını geyinir. Özcanın Dortmund klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatır.
“Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə “Yuventus”dan hücumçu transferi - 18 milyonluq anlaşma “Beşiktaş” daha dörd futbolçu ilə vidalaşdı - RƏSMİ Fransalı müdafiəçi "Liverpul"da - RƏSMİ “Trabzonspor”dan 4 transfer - Müqavilə detalları açıqlandı