“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi

24.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi

Türkiyə Super Liqasının 13-cü turunda “Beşiktaş” doğma meydanda “Samsunspor”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

QOL.az xəbər verir ki, bu nəticə ilə “qara qartallar”ın rəqibi qarşısında doğma meydandakı qələbəsizlik seriyası davam edib. İstanbul təmsilçisi Samsun klubunu öz meydanında sonuncu dəfə 2005-ci il oktyabrın 2-də məğlub edib (3:2). Bununla da “Beşiktaş”ın evdə rəqibinə qarşı qələbə həsrəti 20 ilə çatıb.

Qeyd edək ki, klub “Samsunspor”u qəbul etdiyi son 4 liqa matçında qələbə qazana bilməyib (3 heç-heçə, 1 məğlubiyyət).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью