Beşiktaş son dəqiqə qolu ilə qələbə qazandı | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb.
Axar.az xəbər verir ki, "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəliblər.
Qolu 90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına vurub.
Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırıb və komanda hazırda beşinci sıradadır.
Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" rəhbərlik edir.
42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu