“Beşiktaş” tanınmış xorvatiyalı mütxəssislə anlaşıb AZƏRTAC

09.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi xorvatiyalı mütəxəssis Niko Kovaçla anlaşıb. 53 yaşlı çalışdırıcı ilə klub prezidenti Serdal Adalı arasında telefon zəngi vasitəsilə razılıq əldə olunub.

Onunla 3.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Niko Kovaç məşqçilik karyerası ərzində daha əvvəl “Bavariya”, “Volsburq”, “Ayntraxt” (hər üçü Almaniya),“Monako” (Fransa) və Xorvatiya millisində işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью