Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Beşiktaş" mövsümün əvvəlində İtaliyanın "Roma" klubundan icarəyə götürülən ingilis hücumçu Temmi Abrahamın transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, klub bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.
Açıqlamada futbolçunun müqaviləsində yer alan şərtlər yerinə yetirildiyi və daimi transfer üçün nəzərdə tutulan maddənin qüvvəyə mindiyi qeyd olunub.
İstanbul təmsilçisi bu keçid üçün “Roma”ya 13 milyon avro məbləğində transfer haqqı ödəyəcək.
Abraham bu mövsüm “ağ-qaralar”ın heyətində bütün turnirlərdə 26 oyunda meydana çıxıb, 13 qol vurub.
“Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı Kenan Yıldız Ronaldo və Del Pyeroya çatdı "Çelsi"nin futbolçusu 33 illik rekordu təkrarlayıb "Yunayted"in oyunçusu bunu bacaran ikinci futbolçu olub Ramos "Sevilya" ilə anlaşıb: Bu dəfə meydan kənarında