Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Beşiktaş" yanvar ayında transferlərdən 51.7 milyon avro qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kluba ən yüksək gəlir isə ingilis hücumçu Temmi Abrahamın satışından daxil olub.
Məlumata görə, "Beşiktaş" Abrahamın "Aston Villa"ya transferindən 21 milyon avro əldə edib.
Xatırladaq ki, Abrahamın Türkiyə macərası təxminən 7 ay davam edib. 1 iyul 2025-ci ildə İstanbula gələn ingilis hücumçu buna qədər "Roma"da forma geyinib.
Fərid ASLAN
MİA.AZ