Beşiktaş Trossard üçün rəsmi təklif göndərdi

06.09.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

“Beşiktaş” transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu “Arsenal”ın futbolçusu Leandro Trossard üçün rəsmi təklif göndərib.

Məşhur jurnalist Sercan Dikmenin paylaşdığı xəbərdə bildirilir ki, tərəflər hazırda danışıqlar masasında əyləşiblər.

“Beşiktaş” belçikalı futbolçuya 3 illik müqavilə təklif edib. Trossardın da Türkiyəyə keçidə müsbət yanaşdığı vurğulanır.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью