“Beşiktaş” Trossardla razılığa gəldi

12.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Beşiktaş” heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Arsenal”ın hücumçusu Leandro Trossardla prinsipial razılıq əldə edib.

Bu barədə “CaughtOffside” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında danışıqlar irəliləyib və “Beşiktaş” yaxın vaxtda London təmsilçisi ilə rəsmi görüşmələrə başlayacaq.

Transferin dəyərinin təxminən 20 milyon avro ətrafında ola biləcəyi iddia edilir. 

Qeyd edək ki, 31 yaşlı belçikalı futbolçu 2023-cü ildən “Arsenal”da çıxış edir.

Ev sahibi Kanada Bosniya və Herseqovinaya qarşı - Heyətlər - YENİLƏNİR Aziz Yıldırımdan qızına 2 milyardlıq hədiyyə Dembeledən Mbappeyə dəstək: "Corabını çəksə də, çəkməsə də..." İtaliano Vlahoviçi “Beşiktaş”da görmək istəyir: Şəxsən görüşdü "Qızdırmam 38-ə qalxmışdı": Koreyaya 3 xal qazandıran "Beşiktaş"lı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью