“Beşiktaş” “Tvente” ilə matçın başqa şəhərdə keçirilməsi üçün UEFAya müraciət ünvanlayıb

23.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

“Beşiktaş” klubu UEFA Avropa Liqasının VIII turunda qarşılaşacağı “Tvente” ilə matçın Enshededə deyil, başqa şəhərdə keçirilməsi üçün UEFA-ya müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyinin Avropa futbol qurumuna müraciətinə səbəb görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin “Beşiktaş” azarkeşlərinin yüksək təhlükəsizlik riskinə görə stadiona buraxılmayacağı ilə bağlı açıqlaması olub. Türkiyə klubu buna qarşılıq olaraq Enshededə oynamaq istəmədiklərini bildirib.

Qeyd edək ki, “Tvente” - “Beşiktaş” görüşü 2025-ci il yanvarın 30-da baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью