Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Beşiktaş" çexiyalı cinah hücumçusu Vatslav Çerni ilə müqavilə imzaladığını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu haqda açıqlama yayıb.
Açıqlamada bildirilib ki, çexiyalı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Çerni ötən mövsüm icarə əsasında "Reyncers"də çıxış edib. O, 52 matçda çıxış edib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fərid Əhmədov
MİA.AZ