“Beşiktaş” Vlahoviçlə razılıq əldə etdi

12.08.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Beşiktaş” “Yuventus”dan ayrılan və azad agent statusu daşıyan Duşan Vlahoviçi heyətinə qatıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı hücumçunun transferi barədə artıq Türkiyədəki İctimaiyyəti Aydınlatma Platformasına (KAP) rəsmi məlumat verib:

“Peşəkar futbolçu Duşan Vlahoviçin klubumuza transferi ilə bağlı oyunçu ilə danışıqlara başlanılıb”.

26 yaşlı ulduz hücumçunun bu axşam saatlarında İstanbula gələcəyi və tibbi müayinədən keçdikdən sonra “ağ-qaralar”la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, “Yuventus” Vlahoviçi 2022-ci ildə “Fiorentina”dan 85 milyon avroya transfer etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью