Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, "qara qartal" "Volfsburq"un vingeri Vaçlav Çerni ilə razılaşıb.
İstanbul klubu 27 yaşlı hücumçu üçün 2029-cu ilə qədər hissə-hissə olmaqla 6-7 milyon avro ödəyəcək.
Çexiyalı futbolçu milli komandanın kampından ayrılaraq tibbi yoxlanışdan keçmək üçün İstanbula yollanıb.
Qeyd edək ki, Çerni ötən mövsüm icarə əsasında "Qlazqo Reyncers"də keçirib və komandası ilə çıxdığı 45 oyunda 18 qol ilə 6 məhsuldar ötürməyə imza atıb.
Marko Asensio "Fənərbaxça" üçün İSTANBULDA “Liverpul”dan “Roma”ya - RƏSMİ "Qalatasaray" futbolçusunu göndərdi - Rəsmi "Fənər"dən qələbə “Fənərbaxça”dan Ederson üçün təklif: Danışıqlar davam edir