Beşiktaş xorvatiyalı baş məşqçi ilə anlaşa bilməyib

16.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Niko Kovaçla anlaşa bilməyib.

"Report" “Sky Sports"a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis "ağ-qaralar"ın təklifini qəbul etməyib.

İstanbul təmsilçisinin rəhbərliyi 53 yaşlı çalışdırıcı ilə görüşsə də, razılıq əldə olunmayıb. "Beşiktaş" sabiq baş məşqçisi Covanni van Bronkhorstla yolları ayırdıqdan sonra mütəxəssis axtarışındadır.

Qeyd edək ki, N.Kovaç karyerası ərzində Xorvatiya millisi ilə yanaşı Almaniyanın "Ayntraxt", "Bavariya" və "Volfsburq" klublarını çalışdırıb. O, Fransada "Monako" klubunda da baş məqşçi kimi fəaliyyət göstərib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью