Beşiktaş yanvarda Amad Diallonun transferini planlaşdırır

19.11.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Beşiktaş" qışda müdafiənin sağ cinahında ciddi dəyişikliklər etməyə hazırlaşır. Sport24.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubu əsas hədəf kimi "Mançester Yunayted"in və Kot-d'İvuar millisinin yarımmüdafiəçisi Amad Diallonu seçib.

Mənbənin sözlərinə görə, "Beşiktaş" 24 yaşlı futbolçunu artıq yanvar "transfer pəncərəsi" üçün hazırladığı siyahıya daxil edib. "Ağ-qaralar" oyunçu ilə bağlı vəziyyəti izləyir və növbəti addımlarını "Mançester Yunayted"dən alacaqları cavaba əsasən müəyyənləşdirməyi planlaşdırırlar.

Diallo "Atalanta"dan "Mançester Yunayted"ə keçib, həmçinin icarə əsasında "Reyncers" və "Sanderlend"də çıxış edib. O, 2026/27 mövsümündə "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 8 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. İngilis klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir ki, bu da hər hansı potensial sövdələşməni xeyli çətinləşdirir.

Qeyd edək ki, Diallonun transfer dəyəri 45 milyon avro qiymətləndirilir. Uzunmüddətli müqaviləsi və "Yunayted"in heyətindəki mövqeyi nəzərə alınarsa, "Beşiktaş" üçün ən real variant (satınalma hüququ ilə və ya onsuz) oyunçunu icarəyə götürməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью