“Beşiktaş” yeni prezidentini seçir

29.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu gün Türkiyənin “Beşiktaş” klubunda prezident seçkiləri keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, səsvermə yerli vaxtla saat 10:00-da başlayıb.

Sərdar Adalı və Hüseyn Yücel İstanbul klubunun prezidenti olmaq üçün mübarizə aparırlar. Yücel ilk dəfə bu posta namizədliyini irəli sürüb. Adalı isə artıq 4-cü dəfədir “qara qartallar”ı idarə etmək üçün mübarizəyə qoşulub. O, 2013-cü ildə Fikrət Ormana, 2019-cu ildə Əhməd Nur Çebiyə, 2023-cü ildə isə Həsən Arata məğlub olub. Sərdar Adalının 4-cü cəhdində uğurlu olub-olmayacağı isə gün içində bəlli olacaq. 

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью