Beşiktaş Yuventus un müdafiəçisini İstanbula gətirir

26.08.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus"un müdafiəçisi Tyaqu Calu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunun keçidini həll edib. Bu barədə "TRT Spor" televiziyası məlumaat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və "qara qartallar"la müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

Qeyd edək ki, "Yuventus" Tyaqu Calunu 2024-cü ilin yanvar ayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında "Portu"da çıxış edib. O, "əjdahalar"ın heyətində meydana çıxdığı17 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью