Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Beşiktaş”ın kapitanı Orkun Kökçünün səhhəti ilə bağlı son vəziyyət məlum olub.
Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin topuq nahiyəsində zərbə nəticəsində göyərmə yaranıb.
Futbolçunun zədəsinin ciddi olmadığı bildirilir.
Onun bazar ertəsi keçiriləcək “Trabzonspor”la qarşılaşmada yenidən meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Orkun Kökçü ötən gün UEFA Avropa Liqasının liqa mərhələsində səfərdə “Hoffenhaym”a qarşı keçirilən görüşdə (2:3) zədələnib.
Futbolçu həmin qarşılaşmanın ilk hissəsində aldığı zərbədən sonra oyunu davam etdirsə də, fasilədə əvəzlənib.
A Seriyası klubunda yeni təyinat - Rəsmi Danimarka millisini mundialda 1/4 finala çıxaran baş məşqçi vəfat edib “Fənərbaxça”nın tarixi məğlubiyyətlərində eyni ad – İsmail Kartal Mahrezin yeni klubu bəlli oldu - RƏSMİ “Difai”də yeni təyinat - RƏSMİ