Beşiktaşda ciddi itki: 1 ay oynamayacaq

05.01.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Tayyip Talha Sanuç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Super Liqanın 18-ci turunun "Rizespor"la səfər matçında (1:1) ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin sentyabr ayında "Adana Demirspor"dan transfer edib. Arxa xətt oyunçusu bu mövsüm "qara qartallar"ın heyətində 9 rəsmi matçda iştirak edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью