Beşiktaşda ciddi itki

30.11.2024

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Qabriel Paulista sıradan çıxıb.

Braziliyalı futbolçu Avropa Liqası Liqa mərhələsinin 5-ci turunun "Makkabi" ilə matçında (1:3) zədələnib. 34 yaşlı mərkəz müdafiəçisi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Qabriel Paulista mövsümün əvvəlindən "Beşiktaş"da çıxış edir. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Vinisius ən yaxşı adına layiq görülüb "Adana Demirspor"da yeni baş məşqçi "Araz-Naxçıvan" yenidən liderliyə yüksəldi - YENİLƏNİB Hasan Arat istefa verib Əzəli rəqiblər yenidən üz-üzə gəliblər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью