futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Beşiktaş” rəhbərliyində istefa baş verib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Veysəl Əhməd Çağlar vəzifəsindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
V. A. Çağlar son günlər sosial şəbəkədə Məhəmməd Salahla bağlı etdiyi paylaşımlarla gündəmə gəlmişdi. Misirli ulduzun fotosunu paylaşaraq “tezliklə gəlir” qeydini yazan funksionerin transfer prosesinə ciddi zərər vurduğu bildirilirdi.
“Beşiktaş”ın prezidenti Serdal Adalı şəxsən bu paylaşımlara sərt reaksiya vermişdi. Hadisədən sonra Salahın menecerinin transfer qiymətini qaldırdığı barədə məlumatlar yayılmışdı.