Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Beşiktaş” transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Sassuolo”nun futbolçusu Arman Laurinteni heyətinə qatmaq istəyir.
İtalyan jurnalist Nikolo Şiranın məlumatına görə, “qara qartallar” 27 yaşlı vingerin transferində maraqlıdır.
Laurintenin “Beşiktaş”ın yeni baş məşqçisi Vinçentso İtalyanonun bəyəndiyi futbolçulardan olduğu bildirilir.
Fransalı oyunçunun “Sassuolo” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Arman Laurinte 2025/2026 mövsümündə A Seriyasında 28 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
DÇ-də vuvuzela səsi olmayacaq – FIFA məşhur aləti qadağan etdi "Bavariya"dan İngiltərə klubuna - RƏSMİ “Əl-Hilal”dan Dembeleyə fantastik təklif – 200 milyon avro maaş Berezutski yenə yarıtmadı: RUSİYADA DA İSTEFAYA GÖNDƏRDİLƏR “Qalatasaray”dan Abdülkerimə jest: Həm maaş, həm də...