“Beşiktaş”dan 4 futbolçu ilə bağlı

04.11.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

İstanbul təmsilçisi “Beşiktaş” komandasında 4 futbolçunun zədələndiyi açıqlanıb. 

Missiya.Az xəbər verir ki, klubun rəsmi bəyanatında bildirilir ki, Emirhan Topçu, Vaclav Çerni, Rafa Silva və Nəcib Uysal müalicəyə başlayıblar.

Bəyanatda qeyd olunub ki, “Fənərbaxça” ilə matçdan sonra dizlərində problem hiss edən Emirhan Topçu, baldırında ağrı və sərtlik olan Vaclav Çerni və Rafa Silva, həmçinin sol dizində pes anserinus bursit diaqnozu qoyulan Nəcib Uysal məşqdən kənar qalıblar. Onların müalicəsi həkim briqadası tərəfindən davam etdirilir.

Bundan başqa, anasının xəstəliyi səbəbindən Braziliyaya getmək üçün məzuniyyət götürən Qabriel Paulista da məşqdə iştirak etməyib.

Seyranə Quliyeva
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью