“Beşiktaş”dan ayrıldı BƏƏ KLUBUNA KEÇDİ

13.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Apasport.az xəbər verir ki, 25 yaşlı qolkiper BƏƏ-nin “Əl Cəzirə” klubu ilə müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Destanoğlu ötən mövsüm “Beşiktaş”ın heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 34 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Ersin Destanoğlu peşəkar karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

Uruqvayda yeni baş məşqçi: Dieqo Forlan millidə "Beşiktaş" Trossardla razılaşdı - 4 illik müqavilə “Fiorentina”dan “Trabzonspor”un gənc ulduzuna 30 milyonluq təklif İtaliya millisində yeni təyinat - RƏSMİ Ferran Torres PSJ-yə keçir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью