Icma.az bildirir, Apasport portalına istinadən.
Yeni baş məşqçisi Vinçenzo İtaliyanonu açıqlayan “Beşiktaş” müdafiə xəttini gücləndirmək üçün çalışmalarına başlayıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu “İnter”ə məxsus olan Benjamen Pavardla maraqlanır.
Fransalı müdafiəçi son mövsümü “Marsel”də icarə əsasında keçirib. “İnter”in 30 yaşlı futbolçunun satışına müsbət yanaşdığı bildirilir.
"Corriere dello Sport"un məlumatına görə, Pavardın illik net maaşı 5 milyon avrodur. 2028-ci ilin yayına qədər “İnter”lə müqaviləsi olan futbolçu üçün ilk maraq göstərən klub “Beşiktaş”dır.
Qeyd edək ki, Benjamen Pavard 2023-cü ildə “Bavariya”dan “İnter”ə keçib. O, karyerası ərzində “Lill”, “Ştutqart”, “Bavariya”, “İnter” və “Marsel”də çıxış edib.
Leaodan ayrılıq siqnalı – Premyer Liqa və La Liqanı istəyir “Beşiktaş”da yeni hədəf – Yeni məşqçi Laurinteni istəyir Lamin Yamal La Liqada ilin oyunçusu seçildi “Fənərbaxça” ilə adı çəkilirdi – Şotland müdafiəçi “Tottenhem”də Okan Buruka tərif dolu sözlər: "Tezliklə Avropaya gedəcək"