“Beşiktaş”dan müdafiəçi transferi

03.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Ümit Akdağı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Rumıniyanın FKSB klubunun yetirməsi olan Ümit 2021-ci ildə “Alanyaspor” akademiyasına qoşulub. O, müxtəlif vaxtlarda “Göztəpə”, “Tuluza” (Fransa) kimi klublarda icarədə olub.

22 yaşlı futbolçu Rumıniyanın U-21 yığmasında 10 oyunda 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью