Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Beşiktaş” hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Benfika”nın hücumçusu Vangelis Pavlidisi heyətinə qatmaq istəyir.
"Türkiyə Gazetesi"nin məlumatına görə, “qara qartallar” yunanıstanlı forvardın transferi üçün hərəkətə keçib.
Portuqaliya klubu əsas hücumçulardan biri olan Pavlidisin keçidi üçün 20 milyon avrodan çox məbləğ tələb edir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2025/2026 mövsümündə Portuqaliya çempionatında 22 qol vurub və 4 məhsuldar ötürmə edib.
Zidan illər sonra etiraf etdi – “Asfaltda futbol oynayırdıq” Rikelmedən Vinisius planı – Prezident seçilsə, braziliyalını satacaq “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu