Beşiktaşı çalışdırmaq istəmədi

28.12.2024

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Benfika"nın sabiq baş məşqçisi Rojer Şmidtin "Beşiktaş"a təyinatı gözlənilsə də, bu baş tutmayıb.

Sportal.az "Akşam"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ona edilmiş təklifdən imtina edib. 57 yaşlı mütəxəssis "Zaltsburq", "Bayer", PSV komandalarında da işləmişdi.

"Beşiktaş"ın baş məşqçi postu hazırda müvəqqəti olaraq Serdar Topraktepeyə tapşırılıb.

"Qara qartallar" Türkiyə Superliqasında 16 turdan sonra 26 xalla 6-cı pillədədir. 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью