“Beşiktaş”ı o çalışdıracaq

09.01.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi məlum olub.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul nəhəngi xorvatiyalı mütəxəssis Niko Kovaçla anlaşıb. 53 yaşlı çalışdırıcı ilə klub prezidenti Serdal Adalı arasında telefon zəngi vasitəsilə razılıq əldə olunub.

Onunla 3.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Niko Kovaç məşqçilik karyerası ərzində daha əvvəl “Bavariya”, “Volfsburq”, “Ayntraxt” (hər üçü Almaniya),“Monako” (Fransa) və Xorvatiya millisində işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью