Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının V turu çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” oyununun ardından saxlanılan 16 “Beşiktaş” azarkeşi ilə bağlı sevindirici xəbər yayılıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında aparılan diplomatik və hüquqi səylər nəticəsində saxlanılan 16 azarkeşin azadlığa buraxıldığı açıqlanıb
Xatırladaq ki, dünən Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər isə saxlanılıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin