Beşiktaşın əsas hücumçusuna Səudiyyə Ərəbistan klubundan təklif gəldi | Icma.az
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq. "Beşiktaş"ın əsas hücumçusu Çiro İmmobile Türkiyəni tərk edə bilər.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya Səudiyyə Ərəbistanı klubundan təklif var.
“Əl-Əhli” italiyalı forvardı bu qış heyətinə qatmağı planlaşdırır. Amma Türkiyə klubu onu buraxmaq haqda düşünmür.
Klublar arasında danışıqlardan sonra onun Səudiyyə Ərəbistanına yollanıb-yollanmayacağı dəqiqləşəcək.
Xatırladaq ki, Çiro 2024-cü il iyulun 12-də “Beşiktaş”a keçib və o, 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.
saytlarin hazirlanmasi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu