“Beşiktaş”ın futbolçusu Azərbaycan yığmasına çağırıldı

20.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Beşiktaş” akademiyasında çıxış edən Furqan Musayev Azərbaycan yığmasına dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun akademiyasının rəsmi səhifəsi paylaşım edib. 

Paylaşımda bildirilib ki, “Beşiktaş”ın U-15 komandasının üzvü F.Musayev Azərbaycan millisinin Qəbələdə keçiriləcək toplanışına dəvət edilib. 

O, U-16 yığmamızın keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью