Beşiktaşın futbolçusu İtaliyaya yollana bilər

15.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Beşiktaş" futbolçusunu satmağa razı olub.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Amir Hadziahmetoviçin "Verona"ya keçidinə razılıq verib.

27 yaşlı yarımmüdafiəçinin özü də İtaliyaya yollanmağa razıdır. Bosniya və Herseqovi millisinin üzvü yayda bir mövsümlük “Rizespor”a icarəyə verilib.

Onun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. Keçidini bu qış baş tutacağı gözlənilir. Qeyd edək ki, Verona təmsilçisi 20 turdan sonra İtaliya A seriyasında 19 xalla 17-ci pillədədir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью